Hira Group ilə zirvələrdə parlayın!
Hira dağı Şərqin ən bilinən dağ adı olub, işıq mənasını verir. Həmçinin hind dilindən tərcümədə ‘heera’ brilliyant deməkdir.
“HIRA Group”la çıxdığınız yolda alacağınız nəticə ilə zirvələrdə parlayacaqsınız!
Təmir-tikinti sahəsində bir çox layihə ilə adından bəhs etdirən “HIRA Group” geniş xidmət təklifləri ilə müştərilərini salamlayır. Qısa zaman dilimində bir sıra genişmiqyaslı layihələr həyata keçirən “HIRA Group” ölkəmizin infrastrukturuna bir-birindən faydalı və gözəl tikililər bəxş edib.Biz bilirik ki, dünyanın ən böyük və ən çətin işlərinin öhdəsindən gəlmək üçün istedad, bilik, xidmət və təcrübənin düzgün qarışığı lazımdır. Ölkəmizin memarlıq və inşaat sektoruna canlılıq gətirməyi hədəfləyən şirkətimiz bu sektorun hər bir sahəsinin peşəkarları, qarşılıqlı çalışdığı partnyorları ilə birlikdə qarşısına qoyduğu hədəflərə çatmağa tələsir!
“HIRA Group” olaraq əsas missiyamız müştərilərimizlə dürüst və anlaşıqlı kommunikasya qurmaq, məsuliyyətlə aldığımız tapşırığı yerinə yetirmək və keyfiyyətli iş ərsəyə gətirməkdir.
Hədəflərimiz arasında günü-gündən inkişaf edən ölkəmizin tikinti sektorunda güvənilən layihələr yaratmaq, müştərilərimizin inancını, partnyorlarımızın rəğbətini qazanmaq əsas yer tutur. Müştərilərimizlə komanda şəklində işlədiyimizdən qarşılıqlı hörmət bizim uğurumuzun əsasını təşkil edir.
Həmçinin “HIRA Group” yaşayıb-yaratdığı cəmiyyətə qarşı məsuliyyət hissi daşıyır. Belə ki hər layihəmizdən öncə bizim üçün vacib olan dəyərlərimizə sadiq qalmağa çalışırıq. İlk diqqət etdiyimiz dəyərlər təhlükəsizlik və keyfiyyət olsa da, ətraf-mühitimizə və insanların inkişafına olan diqqətimiz, habelə planladığımız KSM layihələr, dürüstlük və davamlılıq ilk dəyərlərimizi izləyir.
Missiyamız:
“Hira Group” olaraq əsas missiyamız müştərilərimizlə dürüst və anlaşıqlı kommunikasya qurmaq, məsuliyyətlə aldığımız tapşırığı yerinə yetirmək və keyfiyyətli iş ərsəyə gətirməkdir.
Vizyonumuz:
Müştərilərimiz üçün qeyri-adi nəticələr əldə edərək, əməkdaşlarımız üçün karyera quraraq və üstün tutduğumuz dəyərlərimizə sadiq qalaraq dünyanın öncül mühəndislik, inşaat və layihə idarəedici şirkəti olmaq vizyonumuzla çıxış edirik.
Dəyərlər:
Etik - Dürüstlüyümüzü və ədalətimizi əsas tuturuq.
Əmək sağlamlığı - Əməkdaşlarımızın təhlükəsiz mühitdə və sağlamlığını qoruyaraq çalışmasını təmin edirik.
Keyfiyyət - Mükəmməlliyətçiliyimiz işimizi düzgün etməyə işıq tutur. Etibarımız hər müştəriyə və cəmiyyətə təqdim etdiyimiz dəyərlərlə ölçülür.
İnsan - İnkişaf hədəfləri ilə dolu işlər və mükafatlarla fərqlənən karyera fürsətləri ilə bir-birimizə ilham veririk. Sektorumuzun seçilən iş mərkəzi olmağı məqsəd seçmişik.
Mədəniyyət - Bütün fikirlərin məmnuniyyətlə qarşılandığı, açıq sözlülüyün təşviq edildiyi və komanda işinin təməl olduğu fərqli iş mühitini inşa edirik. Etdiklərimizlə qürur duyur və bunu etməkdən zövq alırıq.
Əməkdaşlıqlar - Müştərilərimiz, ortaqlıqlarımız və iş yoldaşlarımızla güvənc, hörmət və işbirliyinə əsaslanan, uzun müddətli münasibətlər qururuq.
Yenilikçilik - Müasir standartlara uyğun texnoloji alətlərlə çalışırıq. Dinləyir, öyrənir və ən yaxşı fikirləri nəticəyə çeviririk.