Riding with friend is the best feeling

Bakıda son illərdə görünməmiş miqyasda yeni binalar tikilib. Onlardan bəziləri təkcə hündür olmaları ilə deyil, əzəmətli gözəllikləri ilə də seçilirlər. Bu binaların əksəriyyəti təzəlikcə ucaldılıb.  

1. Teleqüllə 

1979-cu ildə tikintisinə başlanmış olan, 310 metrlik Bakı Televiziya Qülləsi paytaxtda ucaldılan ilk hündürmərtəbəli tikilidir. Bununla yanaşı, o, dünyada hündürlüyünə görə 34-cü Televiziya Qülləsidir. Qüllənin 67-ci mərtəbəsində şəhərin gözəl mənzərəsinə baxmağa imkan verən restoran yerləşir. Bakıdakı Teleqüllə Eyfel qülləsindən 10 metr daha uzundur.


2. “SOCAR Tower” 

Heydər Əliyev prospektində yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binası “Socar Tower”in təməli 2010-cu ildə qoyulub. Paytaxtın ən gözəl memarlıq nümunələrindən biri hesab olunur.

 3. “Crescent Development Project” 

 “Crescent Development Project” Bakıda, Xəzər dənizinin sahilində yerləşən 203 metr hündürlüyündə, 43 mərtəbəli biznes mərkəzidir. Kompleksə otel, yaşayış, ticarət və əyləncə mərkəzləri daxildir. Layihə Azərbaycanın ən gözəl memarlıq abidələrindən biri olmağa iddialıdır.