- Svay işləri
- Ağac konstruksiyaların quraşdırılması
- Sənaye və mülki obyektlərin tikintisi
- Körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi
- Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri
- Beton və dəmir-beton konstruksiyaların quraşdırılması
- Metal konstruksiyaların quraşdırılması
- Xüsusi qurğuların tikintisi və quraşdırılması
- Hidrotexniki işlər
- Fasad işləri
- Xüsusi torpaq işləri
Yol tikintisini özünəmaxsus müxtəlif növləri var. Sıralamanı belə qoyaq:
- Avtomobil yolu
Xüsusilə iri şəhərlərin əsas diqqət etdiyi avtomobil yolları tikintisi sənayesi dünyada da diqqət mərkəzindədir. Nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, sərt səthə malik geniş iri yaşayış məntəqələrini birləşdirən uzun şəhər yolu avtomobil yolu şəhər infrastrukturunun qurulmasında mühüm rol oynayır. Şirkətimizin peşəkar mühəndis və işçi komandası ilə yol tikintisi sənayesində də iddialıyıq!
- Aerodromların uçuş-enmə zolaqları
Aerodromun bir hissəsi olan, hava gəmilərinin qalxması və enməsi üçün xüsusi hazırlanmış və təchiz edilmiş uçuş-enmə zolaqları süni örtüklü (çınqıl, asfalt, dəmir-beton, metal təbəqə zolaqları və təyyarə daşıyan gəmilərin göyərtəsi) və asfaltsız olmaqla iki yer ayrılır.
Uçuş-enmə zolağının uzunluğu hava gəmisinin konkret aerodromda istismarı zamanı pilotluq texnikasında mümkün sapmalar nəzərə alınmaqla, hava gəmisinin qalxma və enmə xüsusiyyətləri ilə müəyyən edilir. Uçuş-enmə zolağı radiotexnika ilə təchiz oluna bilər ki, bu da təyyarənin bort avadanlığı ilə birlikdə avtomatik rejimdə və ya pilotların qismən iştirakı ilə uğurlu enişi təmin edir.
- Elektrik sərnişin nəqliyyatı (tramvay, trolleybus və hava-kanat xətləri) yolları
Yüklərin, sərnişinlərin, məlumatların bir yerdən digərinə ötürülməsi üçün nəzərdə tutulan vasitə və qurğular nəqliyyat adlanır. Hərəkətin baş verməsi üçün tələb olunan enerjini elektrikdən alan elektrikli mühərriklə təmin olunan nəqliyyat vasitələri elekrtik sərnişin nəqliyyatına aiddir.
Elektrik nəqliyyatını digərlərindən ayıran əsas üstünlüyü ətraf mühitə ziyan vurmamasıdır.
- Nəqliyyat tunelləri və metropolitenlər
Tunel avtomobillərin, qatarların, gəmilərin, eləcə də tramvayların və digər şəhər ictimai nəqliyyatının hərəkətini təmin edən yol hissəsidir. “HIRA Group” xüsusi dərinlik və hündürlüyə malik olan və tikilən bu yol hissəsinin tikintisini həyata keçirir.