Hira Group sənaye obyektlərinin, irihəcmlianbarların,metrostansiyaların, habelə stadion, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin metal konstruksiyalarının hazırlanması, boyanması və quraşdırılmasını həyata keçirir. Yüksəkliyindən və aşırımından asılı olmayaraq hər cür layihələrin (qaynaqlı və ya bolt – qayka bağlantılı) zavod şəraitində yığılmasını və tikinti sahəsində quraşdırılmasını yerinə yetirəcək yüksək peşəkarlığa malik (sertifikatlı) qaynaqçı və quraşdırıcı potensialına sahibik.

Xocəsən Stansiyasında 2000 m² tent quraşdırılmışdır. Müxtəlif ölçülərdə olan metalların quraşdırılması üçün xüsusi ölçülü maşınlardan istifadə edilir.